Projects

"Şahmatda Onlayn Gediş" layihəsinə start verildi

07 - 08 May 2020


"Şahmatda Onlayn Gediş" layihəsinə start verilir.

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş onlayn şahmat turnirinə start verir.
Turnirin seçmə mərhələsi 9 may 21:00, final mərhələsi 10 may saat 21:00 tarixində həyata keçiriləcək. İlk mərhələ İsveçrə sistemi üzrə 3 dəqiqə + 2 saniyə, final mərhələsi dairəvi sistem formatında baş tutacaq. İlk mərhələnin yekununda 10 ən yaxşı şahmatçı finala vəsiqə qazanacaq.
Yarışın hakimi Beynəlxalq usta, Azərbaycanın Əməkdar məşqçisi, Beynəlxalq hakim ORKHAN ABDULOV olacaq.
Yarışa qoşulmaq üçün tələblər:

1. Qeyd olunan linkdən (https://forms.gle/QyznCv6ZdsEbtShFA) qeydiyyatdan keçmək;
2. www.chess.com internet portalında şəxsi hesab yaratmaq;
3. www.chess.com internet portalında "Abdulov_Chess" klubuna üzvlük üçün müraciət etmək;
4. Yarışın başlanmasından 1 saat öncə yuxarıda qeyd olunan internet portalına daxil olaraq yarış linkinə daxil olmaq.

İlk yerin qalibinə Magnus Carlsen şahmat dəsti (Şahmat taxtası və şahmat saatı), ikinci və üçüncü yerin qaliblərinə Şahmat taxtası hədiyyə olunacaq.
Son qeydiyyat tarixi: 8 may, saat 23:59