Our Activities

"Xəzərin Sahilində" festivalı- Dezz'N Surreal qrupu

25 August 2018

Şənbə günü hava şəraitinin küləkli olması ilə əlaqədar olaraq festivalımız bu həftə bazar günü, yəni 25 avqust 2018-ci il tarixində  baş tutacaq.

Qonağımız Dezz'n Surreal qrupudur!

Dezz'N Surreal qrupu 2017-ci ildə yaradılmışdır. Qrup Azərbaycanda və Dünyada ilk dəfə olaraq Gitar ilə yanaşı Tar alətini roka solo alət kimi gətirib. Bundan başqa Azərbaycancanda ilk dəfə Metal & Mugham sintezini reallaşdırıb. 2017-ci ildə Bakıda keçirilən "The First International Competition for Young Performers of Classical Music & Folklore" adlı beynəlxalq musabiqədə Azərbaycanı təmsil etmiş folklor musiqilərin Rock janrında fərqli ifasına görə "Special Prize" ilə mükafatlandırılmışdır. Qrupun ifaları əsasən Rock və Mugham ağırlıqlı olsa da, onlar həm də Funk, Punk, Rock'n Roll, Melodic death metal, Stoner metal, Metal Rock, Orient Jazz, Metal Mugham və özlərinin yaratdığı Slumber janrlarında ifa edilər.

Ötən həftələrdə olduğu kimi bu həftə də, Cavan sizə xüsusi bir imkan yaradır. Festivalın son 1 saatının playlistini özünüz formalaşdıra bilərsiniz. İstədiyiniz musiqini şərh kimi yazırsınız, uyğun bilinənləri DJ Javo-ya təqdim edirik və siz festivalda təklif etdiyiniz musiqiləri dinləyirsiniz. 

Festival ərazisində sizə piknik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

Eyni zamanda Cavan sizə piknikinizi daha da rahat edəsiniz deyə ən tez gələnlərə 200 ədəd yoqa mat verir.

Festival Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Bu həftənin proqramına əsasən 20:00-21:30 aralığında Dezz'N Surreal qrupu, 21:30-23:00 aralığında DJ Javo qonağımız olacaq.

Qeyd: Festivala giriş ödənişsizdir.