Our Activities

"Xəzərin Sahilində" festivalı- Röya & Rizvan

08 September 2018

Beləliklə, gəldik "Xəzərin Sahilində" festivalının sonuncu həftəsinə. Bağlanış açıq Bakı səması altında 8 sentyabr saat 20:00 da başlayacaq! Bu festivalda qonağımız Röya & Rizvan olacaq.

Çoxsaylı istəkləri nəzərə alaraq bu festivalda Cavan sizə daha bir yeni imkan yaradır. Festivalın ikinci yarısında, yəni 21:30-22:30 aralığında siz də səhnədə könüllü şəkildə mahnı ifa edə bilərsiniz. Bunun üçün bizə ifa edəcəyiniz mahnının video yazısını göndərirsiniz. Biz, ifanı dinləyirik və sizə cavab yazırıq. İfanızı gitara ilə edə bilərsiniz  

Festivalın son 1 saatının playlistini bundan əvvəlki həftələrdə olduğu kimi özünüz formalaşdıra bilərsiniz. İstədiyiniz musiqini şərh kimi yazırsınız, uyğun bilinənləri DJ Javo-a təqdim edirik və siz festivalda təklif etdiyiniz musiqiləri dinləyirsiniz. 

Festival ərazisində sizə piknik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

Festival Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Festival çərçivəsində 14 iyuldan başlayaraq 8 həftə ərzində hər həftənin şənbə günü, saat 20:00-23:00 aralığında, Ağ Şəhər Bulvarında festivala qoşulub isti yayın sərinliyini hiss edəcəksiniz.

Bu həftənin proqramına əsasən 20:00-21:30 aralığında Röya & Rizvan , 21:30-22:30 aralığında sizin ifanız, 22:30-00:00 aralığında isə DJ Javo qonağımız olacaq.

Qeyd: Festivala giriş ödənişsizdir.