15 dekabr 2017-ci il tarixində, saat 14.00-da ADA Universiteti və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə “Gəncsən? Başla!” kitabının imza günü keçiriləcək.

Dr., dosent Nadir Adilovun müəllifi olduğu “Gəncsən? Başla!” tələbə və gənclərin şəxsi inkişaf kitabı Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilib.

“Gəncsən? Başla!” oxucular və xüsusən də tələbə gənclər arasında çox qısa bir zamanda populyarlıq qazanıb. Kitabın satışından əldə edilən vəsait müəllifin şəxsi təşəbbüsü ilə “Könüllü” Tələbə Təqaüd Proqramına yönəldiləcək və proqramın 6 qalib tələbəsinin hər birinə 500 azn məbləğində vəsait ayrılacaq.

“Gəncsən? Başla!” tələbə və gənclərin şəxsi inkişaf kitabı “Cavan” tərəfindən ADA Universitetinin 100 tələbəsinə hədiyyə olaraq nəzərdə tutulub. Təqdimatda müəllifin iştirakı ilə imza günü keçiriləcək və tələbələrə kitablar təqdim ediləcək.

Eyni zamanda “Cavan” tərəfindən tələbələrə “Könüllü” Tələbə Təqaüd Proqramında iştirak və bu proqramın tələbləri barədə də məlumat veriləcəkdir.

Bu keçidə daxil olaraq “Könüllü” Tələbə Təqaüd Proqramı barədə məlumat əldə edə və qeydiyyatdan keçə bilərsiniz.