06.03.2026
Azerbaijan Fashion Lab
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Cavan Gənclər Hərəkatı İctimai Birliyi tərəfindən “Zərif Günlər” layihəsi çərçivəsində ilk ‘’Geyim dizaynı’’ üzrə vörkşop həyata keçirilib. ‘’Geyim dizaynı’’ üzrə vörkşop gənclərin böyük marağına səbəb olub. Gənclər arasında geyim mədəniyyətinin sirləri, spesifik zövqün formalaşdırılması və özəl stilin düzgün seçilməsi ilə bağlı ətraflı məlumat verilib. Təlimçi gənclərə moda və stil sahəsində peşəkar məsləhətlər verib, geyimin insanın özünü ifadə etməsində və ilk təəssüratın formalaşmasında mühüm rol oynadığını vurğulayıb. İştirakçılar vörkşop zamanı öz ideya və yaradıcıllığına uyğun geyimlər dizayn ediblər. Vörkşop səmimi söhbət və iştirakçıların fikir mübadiləsi ilə yekunlaşıb. Gənclər həyata keçirilən bu cür layihələrin şəxsi inkişafa və fərqli baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini və davamlı olmasını qeyd ediblər.