07.03.2026
WorkLab Coworking Center
Baharın təravətini və güllərin zərifliyini bir araya gətirən ‘’Floristika ’’ üzrə vörkşop gənclər üçün unudulmaz anlarla yadda qaldı. “Zərif Günlər” layihəsi çərçivəsində təşkil olunan bu yaradıcı vörkşopda iştirakçılar güllərin sehrli dünyasına səyahət edərək öz buketlərini hazırlamağın incəliklərini öyrəndilər. Gənclər floristika sənətini dərindən mənimsəyib, yaradıcılıq bacarıqlarını çiçəklər üzərində fərqli formada ifadə etdilər. Bu müddət ərzində gənclər müxtəlif gül növləri, rəng harmoniyası və buket tərtibatının əsas qaydaları haqqında ətraflı məlumat əldə etdilər. Onlar fərqli güllərdən istifadə edərək öz zövqlərinə uyğun buketlər hazırladılar və vörkşop ürəkdolusu söhbətlə yekunlaşdı. Beləliklə, təbiətin rəngləri və insan yaradıcılığı birləşəndə ruhu dinləndirən gözəl nəticələr ortaya çıxır. İştirakçılar tədbirin onlara yeni biliklər və ilham verdiyini bildirərək belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğuladılar.