Haqqımızda

Tanış olaq?

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi 2017-ci ildə yaradılıb və əsas məqsədi Azərbaycan gəncliyini narahat edən məsələlərlə yaxından maraqlanaraq onların həlli istiqamətində dövlətimizin gördüyü işlərə dəstək olmaqdır

 

Loqomuzu yükl

Azərbaycan dövlətinin gənclər siyasətinin əsasını qoymuş Ümummilli lider Heydər Əliyev demişdir: “Hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır”.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramlarının imzalanması və onların həyata keçirilməsi, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını təsdiq edilməsi ilə bağlı sərəncamın imzalanması ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqətin və qayğının bariz nümunəsidir.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da dövlətin gənclər siyasətinin daha da geniş və effektli həyata keçirilməsi üçün çalışır. Təsadüfi deyil ki, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb. Baş verən bütün struktur yenilikləri də ölkə gəncliyinə xüsusi münasibəti göstərir. “Cavan”ın təklif etdiyi layihələr ölkə gəncliyini maraqlandıran bütün sahələri əhatə edir.

Azərbaycan əhalisinin əksəriyyəti gənclərdən ibarətdir. Gənclər ölkəmizin əsas qüvvəsi, onu gələcəyə aparan insanlardır. Birgə fəaliyyət Azərbaycan dövlətini və gəncləri daha da güclü edəcək! “Cavan” istəyir ki, onların həyatı daha maraqlı olsun. Gənclər oxumaq, əylənmək, idmanla məşğul olmaq, yeni dostlar qazanmaq, sevmək, sevilmək, yaxşı karyera qurmaq kimi təbii istəklərini Azərbaycanda reallaşdıra bilsinlər. “Cavan” əmindir ki, Azərbaycanda hər bir gəncin bunları etməyə haqqı və imkanı var.

“Cavan”ı izlə, layihələrimizə qoşul, özün layihə təklif et, bir yerdə çalışaq və məqsədlərimizə nail olaq!