cavan logo

20.10.2024

Səməd Vurğun bağı

Həyəcan və enerji ilə dolu olan "Velo Vorkşop"umuz başa çatıb

0
Oxundu:46
İştirakçı sayı:18

Velosiped həvəskarları və yeni başlayanlar üçün nəzərdə tutulan "Velo Vorkşop," 20 oktyabrda Səməd Vurğun bağında keçirilib. "CAVAN" təşkilatı və “Apar” ilə əməkdaşlıq çərçivəsində təşkil edilən bu tədbir, velosiped sürməyin texnikalarını öyrənmək və əyləncəli bir təcrübə yaşamaq istəyən gəncləri bir araya gətirib.

İki saat davam edən vorkşopda iştirakçılar, yalnız pedalları çevirməyi öyrənməklə kifayətlənməyib, həm də sürət, balans və azadlıq hissini yaşayıblar. Təcrübəli təlimçilərin rəhbərliyi altında, velosiped sürmənin incəlikləri və texniki üsulları gənclərə praktiki şəkildə izah edilib. Həmçinin, vorkşop iştirakçılara yeni dostlar qazanmaq və komanda şəklində çalışmaq imkanı yaradıb.