cavan logo

27.03.20206

Emalatxana

İlmələrdə Gizlənən Sənət

1
Oxundu:5
İştirakçı sayı:11

İpək təkcə parça deyil, keçmiş şirin xatirələrin və mədəni irsin daşıyıcısıdır.

İpək bu dəfə sadəcə zərif parça kimi deyil, yaddaşın toxunduğu canlı bir hekayə kimi gənclərin gözündə canlandı. Keçirilən ‘’Tarixi naxışlar-İpək’’ vörkşopu gəncləri gündəlik həyatın ritmindən ayıraraq, ilmə-ilmə toxunan bir zaman səyahətinə çıxardı.

Hər naxışın arxasında gizlənən dərin məna açıldıqca, gənclərin dünyasında qədim ənənələrlə müasir baxış arasında körpü qurdu. Vörkşop gənclərin yaradıcı əl işləri ilə yekunlaşaraq onların yaddaşında xoş xatirələr buraxdı.