23.03.2026
Cavan Məkan
Həyəcan dolu intellektual marafon “Da Vinçinin Şifrəsi” uğurla həyata keçirildi. Layihə iştirakçıları mərkəzi Nizami küçəsində bənzərsiz macəra yaşadılar.

Onlar zəkalarını işə salaraq şəhərin müxtəlif hissələrində gizlədilmiş ipuclarını aşkara çıxardılar və tarixi simvolların izinə düşdülər, irəlilədikcə isə daha sirli qapını araladılar. Müşahidə qabiliyyətini, komanda birliyini təkminləşdirən intellektual marafonun əsas məqsədi gəncləri klassik oyun formalarından uzaqlaşdıraraq onları düşünməyə və araşdırmağa təşviq etmək idi.

“Da Vinçinin Şifrəsi”nin konsepti gənclərin məhz araşdırmaçı və detektiv kimi immersiv təcrübə yaşamaq imkanı yaratdı. “Da Vinçinin Şifrəsi” intellektual marafonu müasir gənclərin maraqlarına uyğun hazırlanmış dinamik və yaradıcı formatı ilə gənclərin ruhunu oxşadı.