cavan logo

09.03.2026

Coworking

Kiçik Addımlarla Başlayan Minlərlə Kilometrlik Yol

1
Oxundu:9
İştirakçı sayı:30

“Zərif Günlər” layihəsi çərçivəsində həyata keçən bağlanış tədbiri “İlham verən qadınlar” panel görüş təşkil olunub. Panel görüşün qonaqları televiziya aparıcısı Jalə Həsənli, idman aparıcısı Fəridə Abdulla, memar Nigar Seyid, BloomGroup-un təsisçisi Səbinə Pərvizqızı və ContentLab-ın yaradıcısı Vəfa Əlizadə öz həyat və karyera hekayələrini bölüşərək gənclərlə səmimi söhbət ediblər. Görüş zamanı ilham verən xanımlar karyeralarının başlanğıc nöqtəsindən bu günə qədər keçdikləri yol, qarşılaşdıqları çətinliklər və onları uğura aparan qərarlar haqqında danışaraq gənclərə dəyərli tövsiyələr veriblər. Onlar xüsusilə vurğulayıblar ki, uğur yalnız istedadla deyil, eyni zamanda davamlı çalışma, özünə inam və risk etmək bacarığı ilə əldə olunur. Gənclər də öz növbəsində onları maraqlandıran sualları qonaqlara ünvanlayıblar. Qonaqlar isə öz şəxsi həyat təcrübələrinə əsaslanaraq gənclərə karyera seçimində cəsarətli olmağı, səhvlərdən qorxmamağı və daima yenidən cəhd etməyin vacibliyini qeyd ediblər. Xoş xatirələrlə yadda qalan panel görüş gənclər üçün həm motivasiya, həm də yeni ideyalar qazandıraraq uğurla yekunlaşıb.