13.03.2026
Flora Hostel
Musiqi sözlərin deyə bilmədiyini ifadə edir. Bəzən sadəcə gitaranın simlərinə toxunanda ruhunun ən dərin qatlarına qədər hiss edirsən. Klassik gitaranın zərif, eyni zamanda bəm səsi bu dəfə gəncləri bir araya gətirərək onları musiqinin sehrli aləminə apardı.Klassik gitara əsrlər boyu öz zərif səsi və emosional gücü ilə musiqi dünyasında xüsusi yer tutub. Hər bir sim, akord və melodiya özündə ayrı bir hekayə daşıyır. Məhz bu vörkşopda iştirakçılar gitaranın yalnız bir alət deyil, eyni zamanda hissləri danışdıran bir sənət olduğunu yaxından kəşf etdilər. Vörkşop zamanı musiqi həvəskarları klassik gitaranın əsas texnikaları və düzgün ifa qaydaları ilə tanış oldu. Vörkşopun ən həyəcanlı məqamlarından biri isə şübhəsiz ki, onun bir öyrənmə mühitinə deyil, eyni zamanda canlı musiqi atmosferinə çevrildi. Musiqi insanları birləşdirən ən güclü dillərdən biridir. Klassik gitara isə bu dilin ən zərif və emosional ifadələrindən biridir. Bu vörkşop həm musiqiyə yeni başlayanlar, həm də gitara ilə artıq tanış olanlar üçün ilham dolu bir görüş olaraq yadda qaldı. Simlərin titrəyişi, melodiyaların ahəngi və ritmin enerjisi ilə dolu bu gün iştirakçılara unudulmaz anlar bəxş etdi.