16.05.2026
Mug Tales
16 may CAVAN Sport Community ilə “Meditasiya Günü”ndə toplaşdıq. Meditasiya “Mug Tales” məkanında baş tutdu. İlk növbədə Sahaja yoqanın insan həyatında geniş əhəmiyyəti vurğulandı.

Sakit mühitdə həm fiziki, həm də mənəvi balansı bərpa etməyə yönəlmiş məşqlərdə aktiv iştirak edən gənclər gündəlik yorğunluqdan uzlaşdılar. Bu, öz daxili enerjilərini yeniləməsinə imkan yaratdı.

Səmimi söhbət meditasiyanın ən yaddaqalan məqamlarından biri oldu. “Meditasiya Günü” gənclərə motivasiya və enerjili dolu anlar yaşamaq şansı verdi.
