20.02.2026
Cavan
Rənglərin bir-biri ilə ahəngliyi , iplərin ilmə-ilmə toxunduğu gün gənclər üçün sıradan bir vörkşop deyildi. Bu, köklərimizə dönüş və milli ruhumuza toxunuş idi. Gənclərin gözlərindəki həvəs və hər tamamlanan naxışla artan sevinc hissi göstərdi ki, milli sənət sadəcə keçmiş deyil . Çünki bu gün də yaşayan və nəfəs alan tarix bizi bir arada birləşdirir. İlk ilmələri atmaq çətin görünsə də, hər kəs böyük həvəslə bu incəsənətin sirrlərini öyrəndi. Xalça toxumaq səbir və zəhmətin vəhdətində ərsəyə gələn sənətdir. Hər ilmə ilə milli kimliyimizə bir addım daha yaxınlaşdıq, mədəni irsimizin nə qədər dərin və möhtəşəm olduğunu bir daha anladıq. Gənclər öz əl işlərinə baxarkən sadəcə bir xalça görmürdülər, onlar öz zəhmətlərini və öyrəndiklərini görürdülər. ‘’Xalça hazırlanması” üzrə vörkşopunda sənət öyrənməkdən əlavə ruhumuzu oyadıb, sıfırdan canlandırdıq. Beləliklə dərin köklü olan milli irsimiz gənclərimizin sayəsində bir daha nəfəs alır.