19.05.2026
Musicville Academy
Musicville Akademiyada baş tutan ‘’Piano’’ vörkşopu enerjili atmosferdə CAVANları bir araya gətirdi. Görüş iştirakçılar üçün yaddaqalan anlar yaşatdı.Vörkşop zamanı musiqinin incəlikləri, melodiyaların yaranması və ritmin insan duyğularına təsiri ətrafında maraqlı müzakirələr aparıldı.

Səmimi söhbət iştirakçılara musiqiyə fərqli prizmadan yanaşmaq imkanı yaratdı. Səslərin harmoniyası və gənclərin yaradıcı enerjisinin vəhdəti görüşün əsas xəttini təşkil etdi.

Dinamik mühitdə keçirilən vörkşop iştirakçılara həm yeni təcrübələr qazandırdı, həm də musiqinin görünməyən tərəflərini kəşf etmək üçün fürsət yaratdı. Yaradıcı atmosfer unudulmaz xatirələri ilə gənclərin yaddaşına həkk olundu.

