Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.

Proqramın məqsədi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial aktivliyi, reabilitasiyası, idmana cəlb edilməsi və asudə vaxtlarının səmərəli təşkili üçün kompleks tədbirlər həyata keçirmək və onların sosial müdafiəsini gücləndirməkdir. Belə ki, keçiriləcək tədbirlərə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına və müalicəsinə dəstək, sosial-məişət problemlərinin həlli üçün maddi və sosial xidmət müəssisələrinə texniki yardım, əlillik problemi ilə bağlı informasiya təminatı, onlara qarşı diqqət və qayğının artırılması istiqamətində təbliğat kampaniyasının təşkili daxildir. Bütün bunlarla yanaşı, proqram həmin şəxslərin asudə vaxtın təşkili məqsədilə istirahət zonalarına göndərilməsini, onlar arasında idman tədbirlərinin təşkil edilməsini, onların beynəlxalq yarışlarda iştirakını və ümumrespublika səviyyəli yaradıcılıq sərgi-müsabiqəsi təşkilini nəzərdə tutur.

 

Mənbə: www.mlspp.gov.az