Gürcüstan Strateji Tədqiqatlar İnstitutu və Vətəndaşlıq Kollecinin (Varşava, Polşa) əməkdaşlığı və “Black Sea Trust” fondunun maliyyə dəstəyi ilə “Cənubi Qafqazda gənc mütəxəssislər üçün liderlik bacarığının inkişafı” adlı yeni bir layihə həyata keçirilir.

Bu layihə Cənubi Qafqazın üç ölkəsindən regionda və regiondan kənarda liderlik bacarığını inkişaf etdirmək üçün gənc mütəxəssisləri bir araya gətirəcək təhsil proqramıdır.

Layihə çərçivəsində nəzərdə tutulmuşdur:

  • Tbilisidə 4 günlük təhsil proqramı (vaxt və yer: Aprel, 2018; Tbilisi, Gürcüstan);
  • Avropa Birliyi ilə əlaqələr kontekstində regional məsələlərin müzakirə ediləcəyi İctimai Dəyirmi Masa Debatı.

Seçim meyarları və qeydiyyat şərtləri ilə bağlı ətraflı məlumat üçün keçidə daxil olun:

http://giss.org.ge/eng/ourNews/126