Xaricdə təhsil almaq arzusunda olan cavanları Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus Mundus İkili Magistr Dərəcəsi - Erasmus Mundus Joint Master Degree (EMJMD) proqramından istifadə etməyə dəvət edirik!

Bu nüfuzlu inteqrasiya edilmiş beynəlxalq təhsil proqramı Avropanın tanınmış ali təhsil müəssisələrinin konsorsiummu tərəfindən müştərək təqdim edilir.

12-24 ay arasında davam edən tədris müddətində siz Avropanın bir neçə nüfuzlu universitetlərindən bir dərəcə üçün ikili diplom yaxud bir neçə dərəcə üçün diplomlar əldə edə bilərsiniz.

Proqram çərçivəsində verilən təqaüd demək olar ki, bütün əlaqəli xərcləri ödəyir (təhsil haqqı, kitabxana və laboratoriya xərcləri, tam sığorta, səyahət xərclərinə töhfəni və bütün tədris müddəti ərzində aylıq təqaüd).

Proqram müraciətlə bağlı  əlavə məlumat bu keçiddən əldə oluna bilər:

https://ec.europa.eu/programmes/erasmus-plus/opportunities/individuals/students/erasmus-mundus-joint-master-degrees_en