Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilin noyabr ayının 28-i və 29-da Nəsimi rayonunun 159 və 54, Nərimanov rayonunun 202 və 207, Xəati rayonun 116 və 154, Xəzər rayonun 26 və 125 nömrəli tam orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin və onların valideynlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.

Tədbirlərdə Dövlət Məşğulluq Xidmətinin əməkdaşı, “Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin psixoloqu, eləcə də rayonlarıın Məşğulluq Mərkəzlərinin mütəxəssisləri,məktəblərin pedaqoji kollektivləri, valideynlər iştirak etmişlər.

Tədbirlərdə ölkəmizin əmək bazarında baş verən proseslər, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə gənclər, onların valideynləri ətraflı məlumatlandırıblar. Məşğulluq  Xidmətlərinin fəaliyyət istiqamətləri, peşə hazırlığı və əlavə  təhsil  kursları, digər aktiv məşğulluq tədbirləri haqqında iştirakçılara geniş məlumatlar verilmişdir.