Əgər sizin hələ 35 yaşınız olmayıbsa və aşağıdakı kateqoriyalardan birinə aidsinizsə, güzəştli mənzilə sahib ola bilərsiz.

– Şəhid övladı (həyat yoldaşı)

– Milli qəhrəman (həyat yoldaşı, övladı)

– Məcburi köçkün

– Ən azı 3 il dövlət qulluğunda və ya dövlət qulluğunun xüsusi növündə xidmət edən şəxs

– Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs

– Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs

– İdman sahəsində xüsusi xidmətləri olan şəxs

 

Güzəştli mənzil əldə etmək istəyirsinizsə, tələb olunan sənədlərin siyahısı ilə tanış olmaq üçün www.mida.az saytına daxil ola bilərsiz.