2018-2019-cu tədris ili üzrə Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil üçün sənəd qəbulu elan edilir.

Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir.

Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə isə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir.

Təqaüd proqramı barədə ətraflı məlumatIarla tanış olmaq üçün keçidə daxil olun:

http://edu.gov.az/upload/file/ELAN/2018/01/macaristanda-tehsil.pdf