Flandriya höküməti Flandriya və Brüsseldə magistr proqramları üçün parlaq gənclərə təqaüd verir.

Bu proqram Flandriya və Brüsselin yaxşı təhsil ocaqlarından olduğunu göstərməyi nəzərdə tutur.

Ərizələr bütün flamand universitetləri və incəsənət məktəbləri, eləcə də, “Antwerp Maritime” Akademiyası tərəfindən qəbul edilir. Təqribən 30-40 beynəlxalq tələbənin 2018-2019 “Master Mind” təqaüd proqramından yararlanacağı proqnozlaşdırılır.

2018-2019 “Master Mind” təqaüdləri ilə bağlı ətraflı məlumat üçün keçidə daxil olun: http://www.studyinflanders.be/en/scholarship-programmes/master-mind-scholarships/