DAAD və Almaniyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən bu proqram Şərqi Avropa (AŞ xaricində), Cənubi Qafqaz və Orta Asiyadan olan və məktəbi bitirdikdən dərhal sonra Frankfurtda yerləşən Viadrina Avropa Universitetində təhsil almaqla maraqlanan məktəblilərə yönəlib.

Bu regionda yerləşən ölkələrdən məzun olan şagirdlər məktəbdən dərhal sonra Almaniya universitetlərində təhsil ala bilmirlər. Lakin, “Viadrina Fast Track” proqramına seçilən tələbələr məzuniyyətdən dərhal sonra hazırlıq məktəbinə və ya lokal universitetlərdə bir neçə il təhsil almağa ehtiyac duymadan birbaşa Viadrina Avropa Universitetində təhsil ala bilərlər.

Proqram barədə ətraflı məlumat üçün keçid edin:

https://www.europa-uni.de/de/internationales/Projekte/fast_track/index.html