cavan logo

24.02.2026

Cavan

‘’Puzzle Kətanlar’’ üzrə vörkşopu uğurla yekunlaşdı!

0
Oxundu:3
İştirakçı sayı:20

CAVAN tərəfindən təşkil olunan “Puzzle Kətanlar” adlı yaradıcılıq vörkşopu iştirakçıların aktivliyi ilə uğurla başa çatdı. Gənclərin yaradıcılıq potensialını üzə çıxaran tədbir iştirakçılar üçün həm öyrədici, həm də ilhamverici bir təcrübə oldu. Tədbirin əvvəlində iştirakçılara kətan üzərində işləmə qaydaları, rəng seçiminin əhəmiyyəti, kompozisiya ahəngdarlığı və vizual harmoniyanın yaradılması barədə qısa məlumat verildi. Vörkşop müddətində iştirakçılar fərdi ideyalarını müxtəlif kətan parçaları üzərində işləyərək ifadə etdilər. Hər kəs öz unikal detalını hazırlasa da, günün sonunda bütün yaradıcıllıq bir araya gələrək estetik bir tablo olaraq formalaşdı. Səmimi və enerjili atmosfer gənclərin özlərini sərbəst ifadə etməsinə şərait yaratdı. Tədbirin sonunda iştirakçılar öz təəssüratlarını bölüşərək maraqlı layihələrin davamlı olmasının vacibliyini vurğuladılar. CAVAN olaraq yaradıcılıq və inkişaf yönümlü təşəbbüslərin davamlı şəkildə həyata keçirilməsi planlaşdırılır. “Puzzle Kətanlar” vörkşopu isə bu istiqamətdə atılan növbəti uğurlu və atılan rəngarəng addımlardan biri kimi yadda qaldı.