11.04.2026
Emalatxana
Kiçik kətanlarda böyük dünyalar yaratmağı bacararsan? Düşüncələri bir kənara qoy, fokus isə bu dəfə mini kətanlara yönəlt. Ölçülərinin kiçik olmasına baxmayaraq, bu kətanlar iştirakçılar üçün sonsuz yaradıcılıq imkanına çevrildi.

Mini kətanlarla işləmək gənclərə dəqiqliyin və diqqətin dəyərli olduğunu öyrədir. Gənclər ‘’Mini Kətan’’ üzrə vörkşopda fırça toxunuşundan tutmuş rəng seçiminin detalına qədər önəmli olmasını mənimsədi.

Ortaya çıxan işlər sadəcə vizual nümunələr deyil, fərdi düşüncə və hisslərin sintezii oldu. Beləliklə, ən dərin hislərlə çəkilən əsərlər ən kiçik çərçivələrdə gizlənir.
