Новости

12 окт.

“Cavan Akademiya-2” layihəsinin qonağı Nərgiz Cəlilova olub


12 oktyabr 2019-cu il tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə “Cavan Akademiya-2” layihəsinin ilk görüşü baş tutub. Layihənin ilk qonağı məşhur Teleaparıcı, Jurnalist, Əməkdar artist Nərgiz Cəlilova olub. 

 

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi layihəyə çoxsaylı müraciəti nəzərə alaraq, seçilən gənclərlə yanaşı hər həftə baş tutacaq görüşlərə sərbəst dinləyicilərin qoşula bilməsi üçün imkan yaradıb.

 

Qeyd edək ki, layihə 8 həftə davam edəcək. Növbəti görüşlərə sərbəst dinləyici qismində qoşulmaq üçün bizi izləyib, yeni elanlar zamanı göstərilən linkdən qeydiyyatdan keçməyiniz kifayətdir. İlk görüşdən olan şəkilləri sizə təqdim edirik.