26 Oct
“Cavan Akademiya-2” layihəsinin növbəti qonağı Bəxtiyar Aslanbəyli olub
26 oktyabr 2019-cu il tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə “Cavan Akademiya-2” layihəsinin növbəti görüşü baş tutub. Layihənin ikinci həftəsinin qonağı BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli idi.
Görüşün əsas mövzusu “Enerji Təhlükəsizliyi” olub. Bununla yanaşı iştirakçıların hər bir sualı qonaq tərəfindən cavablandırılıb.
Görüş ümumilikdə 2 saat davam edib.
Cavan layihəyə çoxsaylı müraciəti nəzərə alaraq, seçilən gənclərlə yanaşı hər həftə baş tutacaq görüşlərə sərbəst dinləyicilərin qoşula bilməsi üçün imkan yaradır.
Qeyd edək ki, layihə 8 həftə davam edəcək. Növbəti görüşlərə sərbəst dinləyici qismində qoşulmaq üçün bizi izləyib, yeni elanlar zamanı göstərilən linkdən qeydiyyatdan keçməyiniz kifayətdir.
Layihənin ikinci görüşündən olan şəkilləri sizə təqdim edirik.
Количество просмотров: 4230