Медиа

02 Nov

“Cavan Akademiya-2” layihəsinin qonağı Əlixan Rəcəbov olub


2 noyabr 2019-cu il tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə “Cavan Akademiya-2” layihəsinin növbəti görüşü baş tutub. Layihənin üçüncü həftəsinin qonağı aktyor, video blogger Əlixan Rəcəbov idi. 

 

132 gəncin iştirak etdiyi görüşün əsas mövzusu “Sosial Şəbəkələrdə Gənclər” olub. Bununla yanaşı iştirakçıların hər bir sualı qonaq tərəfindən cavablandırılıb.

 

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi layihəyə çoxsaylı müraciəti nəzərə alaraq, seçilən gənclərlə yanaşı hər həftə baş tutacaq görüşlərə sərbəst dinləyicilərin qoşula bilməsi üçün imkan yaradır.

 

Qeyd edək ki, layihə 8 həftə davam edəcək. Növbəti görüşlərə sərbəst dinləyici qismində qoşulmaq üçün bizi izləyib, yeni elanlar zamanı göstərilən linkdən qeydiyyatdan keçməyiniz kifayətdir.

 

Layihənin üçüncü görüşündən olan şəkilləri sizə təqdim edirik. Şəkillərdə gördüyünüz dostlarınızı işarələyərək görüntüləri onlarla da bölüşə bilərsiniz.