Медиа

26 Oct

“Manage Your Project-4” layihəsinin IV təlim günü baş tutub


26 oktyabr 2019-cu il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin həyata keçirtdiyi “Manage Your Project-4” layihəsinin IV təlim günü baş tutub.


Dördüncü həftədə iştirakçılar komandalara bölünərək müxtəlif layihələr üzərində büdcə xərclərini işləyib, kargüzarlıq işinin aparılması qaydalarını öyrəniblər. Eyni zamanda keçirilən mövzular üzrə müxtəlif nümunələrlə tanış olublar. 

 

Xatırladaq ki, təlimlər müddətində seçilən iştirakçılara layihə mövzusunun seçilməsi, layihənin yazılması, büdcənin hazırlanması, layihələrin idarə edilməsi və layihənin təqdimatının hazırlanması haqqında daha geniş məlumat veriləcək.

 

Qeyd edək ki, layihə növbəti 3 həftə ərzində də intensiv formada Gənclərin İnkişaf və Karyera Mərkəzində həyata keçiriləcək.