Медиа

21 Sep

“Manage your Project-4” layihəsinin iştirakçıları ilə görüş keçirilib


21 sentyabr 2019-cu il tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin elan etdiyi “Manage your Project-4” layihəsinin bütün mərhələlərindən uğurla keçən layihə iştirakçıları ilə görüş keçirilib.

 

Görüş zamanı layihə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin fəaliyyəti, gələcək planları, layihələri haqqında geniş məlumat verilib və təklifləri dinlənilib. 

 

Görüş Gənclərin İnkişaf və Karyera Mərkəzində keçirilib.

 

Qeyd edək ki, layihə növbəti 6 həftə ərzində də intensiv formada Gənclərin İnkişaf və Karyera Mərkəzində həyata keçiriləcək.