Медиа

05 Oct

“Manage Your Project-4” layihəsinin ll təlim günü baş tutub


5 oktyabr 2019-cu il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin həyata keçirtdiyi “Manage Your Project-4” layihəsinin ikinci təlim günü baş tutub.


İkinci həftədə iştirakçılar komandalara bölünərək müxtəlif layihələr üzərində işləyiblər.


Təlimlər müddətində seçilən iştirakçılara layihənin yazılması, büdcənin hazırlanması və layihələrin idarə edilməsi haqqında daha geniş məlumat veriləcək.


Qeyd edək ki, layihə növbəti 5 həftə ərzində də intensiv formada Gənclərin İnkişaf və Karyera Mərkəzində həyata keçiriləcək.