Медиа

02 Nov

“Manage Your Project-4” layihəsinin V təlim günü baş tutub


2 noyabr 2019-cu il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin həyata keçirtdiyi “Manage Your Project-4” layihəsinin V təlim günü baş tutub.


Beşinci həftədə iştirakçılar komandalara bölünərək müxtəlif layihələr üzərində icra planını hazırlayıb, xronoloji ardıcıllıqla cədvəldə layihənin həyata keçirilməsi üçün fəaliyyətini, onun icra vaxtını və icraçılarını göstərib, keçirilən mövzular üzrə müxtəlif nümunələrlə tanış olublar. Sonda hər bir komanda öz layihəsini təlimçi və digər iştirakçılara təqdim ediblər.

 

Xatırladaq ki, təlimlər müddətində seçilən iştirakçılara layihə mövzusunun seçilməsi, layihənin yazılması, büdcənin hazırlanması, layihələrin idarə edilməsi və layihənin təqdimatının hazırlanması haqqında daha geniş məlumat veriləcək.

 

Qeyd edək ki, layihənin sonuncu həftəsi növbəti həftə, yəni 09 noyabr 2019-cu il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzində həyata keçiriləcək.