Медиа

16 Nov

“Manage Your Project-4” layihəsinin Vl təlim günü baş tutub



16 noyabr 2019-cu il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin həyata keçirtdiyi “Manage Your Project-4” layihəsinin Vl təlim günü baş tutub. Altıncı həftədə komandalar layihə müddətində öyrəndikləri biliklər əsasında üzərində işlədikləri müxtəlif layihələri yekunlaşdırıblar. Sonda hər bir komanda öz layihəsini təlimçi və digər iştirakçılara təqdim edib.

 

Xatırladaq ki, təlimlər müddətində seçilən iştirakçılara layihə mövzusunun seçilməsi, layihənin yazılması, büdcənin hazırlanması, layihələrin idarə edilməsi və layihənin təqdimatının hazırlanması haqqında daha geniş məlumat verilib.