“Cavan” könüllülərlə görüş keçirdi
“Cavan” Gənclər Hərəkatı İctimai
Birliyinin təşkilatçılığı ilə könüllülərlə görüş keçirilib.
BAKU.WS xəbər verir ki, 2020-ci ilin Azərbaycan
Respublikasında “Könüllülər ili” elan edilməsi ilə əlaqədar olaraq “Cavan”
Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə 15 yanvar 2020-ci il
tarixində Binəqədi Gənclər Evində təşkilatın aktiv könüllüləri ilə görüş
keçirilib.
Görüşdə təşkilat tərəfindən cari
ildə keçiriləcək layihələrlə bağlı geniş təqdimat edilib. Könüllülərin
təşkilatın həyata keçirəcəyi layihələrdə daha aktiv iştirakının təmin olunması
istiqamətində müzakirələr aparılıb, təkliflər dinlənilib. “Cavan” könüllüləri
cənab Prezidentin sözügedən sərəncamı ilə onlara yaradılan imkanları layiqincə
dəyərləndirməyə çalışacaqlarını qeyd ediblər.
Qeyd edək ki, “Cavan” Gənclər
Hərəkatı İctimai Birliyi tərəfindən “Könüllülər ili” ilə bağlı silsilə
layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Baş tutacaq layihələrdə
könüllülərin şəxsi inkişafına, gənclərin könüllü işinə təşviqinə, onlara
vətənpərvərlik ideyalarının aşılanmasına, asudə vaxtlarının səmərəli təşkilinə
önəm veriləcək.
Источник: https://baku.ws/social/78444