Наша Деятельность

"BiznesMən“ layihəsinin növbəti qonağı Enes Bozalı olacaq

11 May 2019


11 may tarixində saat 10:30-da 
“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan "BiznesMən“ layihəsinin sonuncu təliminin qonağı  
“Optimal Electronics” MMC-nin Korporativ satiş üzrə direktoru Enes Bozalı olacaq.


Gənclərdən gələn təklifləri nəzərə alaraq sizə təlimlərdə sərbəst dinləyici olmaq şansı yaradırıq. Belə ki, aşağıda göstərilən linkdən qeydiyyatdan keçərək, sərbəst dinləyici kimi təlimdə iştirak edə bilərsiniz.


Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzində keçiriləcək. 


Qeydiyyat üçün link: http://bit.ly/2UHSsag