Наша Деятельность

"Cavan Akademiya-2" layihəsinin qonağı Nərgiz Cəlilova olacaq

12 October 2019



Əziz cavanlar,

 

500-dən çox gəncin müraciət etdiyi Cavan Akademiya layihəsinə seçildiyinizə görə sizi təbrik edirik!

 

Sizlərin istəyi ilə layihənin ilk qonağı məşhur Teleaparıcı, Jurnalist, Əməkdar artist Nərgiz Cəlilova olacaq. 

 

Nərgiz Cəlilova Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb. Universiteti bitirdikdən sonra Dövlət Televiziyasında çalışmağa başlayan Nərgiz Cəlilova, daha sonralar ABA, Space və Lider Tv-də fəaliyyətini davam etdirib. Nərgiz Cəlilovanın bu sahədə 37 illik təcrübəsi var.

 

İlk görüş 12 oktyabr saat 11:30 tarixində Bakı Gənclər Mərkəzində baş tutacaq.

 

Müraciət edənlərin çoxluğunu nəzərə alaraq Cavan sizə seçilən gənclərlə yanaşı hər həftə baş tutacaq görüşlərə sərbəst dinləyici kimi qoşulmağı təklif edir.


Görüşə sərbəst dinləyici kimi qeydiyyatdan keçmək üçün link: https://bit.ly/2nrVZtX