"Cavan Akademiya" layihəsinin növbəti qonağı Orxan Fikrətoğlu olacaq
16 February 2019
Əziz Cavanlar,
"Cavan Akademiya" layihəsinin növbəti qonağı tanınmış yazıçı, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu olacaq. Mövzumuz nəsillərin mübarizəsi kimi illərdir müzakirə olunan "Atalar və Oğullar"dır.
Görüş 16 fevral saat 14:00 tarixində Landmarkda baş tutacaq.
Müraciət edənlərin çoxluğunu nəzərə alaraq Cavan sizə layihədə sərbəst dinləyici olmaq imkanı yaradır. Layihəyə seçilən gənclərlə yanaşı hər həftə baş tutacaq görüşlərə sərbəst dinləyicilər də qoşula biləcək.
Növbəti görüşə sərbəst dinləyici kimi qeydiyyatdan keçmək üçün link: https://goo.gl/n8ddjB
Son qeydiyyat tarixi 15 fevral.
Share
Tweet
Количество просмотров: 4894