Наша Деятельность

"Xəzərin Sahilində" festivalı- Altun Zeynalov

01 September 2018

Bu festivalda hamınızı Altun Zeynalovun canlı ifasına dəvət edirik. Rock, Funk Rock, Grunge janrları dinləmək istəyirsinizsə, həftəsonu buyurun Xəzərin Sahilinə.

Ötən həftələrdə olduğu kimi bu həftə də, Cavan sizə xüsusi bir imkan yaradır. Festivalın son 1 saatının playlistini özünüz formalaşdıra bilərsiniz. İstədiyiniz musiqini şərh kimi yazırsınız, uyğun bilinənləri DJ Javo-ya təqdim edirik və siz festivalda təklif etdiyiniz musiqiləri dinləyirsiniz. :)

Festival ərazisində sizə piknik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

Eyni zamanda Cavan sizə piknikinizi daha da rahat edəsiniz deyə ən tez gələnlərə 200 ədəd yoqa mat verir.

Festival Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Bu həftənin proqramına əsasən 20:00-21:30 aralığında Altun Zeynalov band, 21:30-23:00 aralığında DJ Javo qonağımız olacaq.

Qeyd: Festivala giriş ödənişsizdir