cavan logo

08.03.2026

Worklab Coworking Center

Sadə dibçəklərdən rəngarəng sənət əsərlərinə

0
Oxundu:5
İştirakçı sayı:18

Layihələri ilə gənclərin ruhunu oxşayan Cavan Gənclər Hərəkatı İctimai Birliyi bu dəfə də “Zərif Günlər” layihəsi çərçivəsində “Dibçək boyama” üzrə yaradıcı vörkşop təşkil edib. Bu müddətdə iştirakçılara dibçək boyamanın texnikaları, rənglərin uyğunlaşdırılması və dekorasiya üsulları barədə ətraflı məlumat verilib. Vörkşop zamanı gənclər sadə bir dibçəyi müxtəlif rənglər və ornamentlərlə bəzəyərək öz unikal dizaynlarını hazırlayıblar. Tədbir iştirakçılar üçün həm əyləncəlii, həm də motivasiyaedici təcrübə ilə yadda qalıb. Qeyd edək ki, “Zərif Günlər” layihəsi çərçivəsində keçirilmiş bu kimi vörkşoplar gənclərin yaradıcılıq bacarıqlarının inkişafına və onların sosial fəallığının artırılmasına mühüm töhfə verir.