20.05.2026
İçərişəhər
Mayın 20-də İçərişəhərin qədim küçələri bu dəfə qapısını CAVANlara açdı. “No Rules, Just Art!” şüarı ilə təşkil olunan ‘’Graffiti Jam’’ küçə mədəniyyətini, yaradıcılığı və urban mühitini bir araya gətirərək gənclərə unudulmaz anlar yaşatdı. Gənclər ‘’Qraffiti Jam’’da xüsusi hazırlanmış stendlərdə düşüncələrini, hisslərini və baxışlarını rənglərlə ifadə edərək bacarıqlarını ortaya qoydular.

Diqqət çəkən məqamlardan biri tanınmış art-sənətçilər Azy, Muju və Tovarich-in canlı performanslarında street-art mədəniyyətinin incəliklərini nümayiş etdirməsi oldu. İştirakçılar həm onların yaradıcılıq prosesini yaxından izləmək, həm də sənətçilərlə birbaşa ünsiyyət qurmaq imkanı əldə etdilər.

Urban mədəniyyətin ritmini hiss etdirən ‘’Graffiti Jam’’ gənclərə İçərişəhərdə xüsusi enerji yaratdı. Rənglərin, musiqinin və kreativ baxışın qovuşduğu tədbir xoş xatirələri meydanına çevrildi.

