cavan logo

02.04.2026

Sabah Hub

Sərhədsiz İdeyalar

1
Oxundu:3
İştirakçı sayı:18

‘’Explore & Connect” layihəsinin növbəti dayanacağı ölkənin ən dinamik innovasiya mərkəzlərindən biri olan ‘’SABAH.HUB’’-da oldu. İnfo tur zamanı gənclər ekosistemlə yaxından tanış oldular və burada formalaşan innovativ mühitin necə fəaliyyət göstərdiyini canlı müşahidə etdilər.

Layihə çərçivəsində onlar yeni imkanlar, fərqli perspektivlər və inkişaf istiqamətləri barədə ətraflı məlumat əldə etdilər. Bu görüş yalnız məlumatlandırıcı xarakter daşımadı, eyni zamanda gənclərin dünyagörüşünü genişləndirdi və onlara yeni ideyalar qazandırdı.

Səmimi və interaktiv söhbət iştirakçılar arasında canlı müzakirələrə yol açdı. Fərqli sahələrdən gələn gənclər öz ideyalarını bölüşərək şəbəkələşmə və fikir mübadiləsində aktiv iştirak etdilər. Bu cür info görüşləri isə gənclərin həyatında sərhədsiz ideyalar yaratmağa və ilham qaynağı olmağa təkan verir.