cavan logo

04.10.2025

Vyno

"Silent Party" tədbiri gəncləri bir araya gətirib

0
Oxundu:24
İştirakçı sayı:60

10 aprel 2025-ci il tarixində, "Cavan Gənclər Hərəkatı"-nın təşkilatçılığı ilə, fərqli formatda keçirilmiş "Silent Party" tədbiri paytaxtın məşhur məkanlarından biri olan Vyno-da baş tutub. Tədbirin əsas özəlliyi ondan ibarət olub ki, iştirakçılar musiqini xüsusi qulaqlıqlar vasitəsilə dinləyib, eyni zamanda, fərqli musiqi ritmləri ilə rəqs ediblər. Bu yanaşma, həm fərdi, həm də kollektiv şəkildə əylənmə imkanı yaradıb.

Gecə boyunca, peşəkar DJ öz ifaları ilə tədbirə xüsusi enerji qatıb, yaradılan mühit iştirakçılarda xoş təəssüratlar oyadıb. Gənclər, musiqinin sədaları altında, rəngarəng və dinamik bir axşam yaşayıblar. "Cavan" Gənclər Hərəkatı olaraq biz, gənclərin sosial fəallığını dəstəkləyən, onları bir araya gətirən və yeni təcrübələrlə zənginləşdirən tədbirləri həyata keçirməyə davam edəcəyik.