cavan logo

28.04.2026

Craftavenue

‘’Superhero Detective Challenge’’ilə Sirlər Ortaya Çıxdı

1
Oxundu:24
İştirakçı sayı:12

“Craftavenue”də aprelin 28-i həyata keçirilən “Superhero Detective Challenge” layihəsi, gənclərdə analitik düşüncə bacarıqlarını və komanda ruhunu gücləndirmək məqsədilə təşkil edilmişdi. Böyük maraqla qarşılanan layihədə CAVANlar həm daxili potensiallarını kəşf etmək, həm də çətin tapmacaları həll etmək imkanı qazandılar. Detektivlik bacarığı ilə seçilən gənclər çevik düşünmə və tez qərarvermə bacarıqlarını ön plana qoydular. Qurulmuş tapşırıqlar əsnasında sirləri addım-addım açan gənclər qarşıya çıxan bütün maneələri komanda şəklində dəf etdilər. İştirakçılar həm unudulmaz, həm də süpriz dolu anlar yaşadılar.