02.11.2026
Cavan
Üç gün davam edən möhtəşəm və enerji dolu üzvlərlə görüşümüz uğurla başa çatdı! Bu üç gün ərzində ‘’CAVAN’’ ailəsi olaraq sadəcə bir araya gəlmədik, birlikdə ideyalarımızı bölüşdük, yeni hədəflər müəyyənləşdirdik və bu hədəflər isə gələcək uğurlarımıza töhfə verdid. Keçirilən interaktiv oyunlarla həm əyləndik, həm ürəkdolusu müzakirələr və səmimi söhbətlər apardıq, həmçinin gənclərin gülüş və pozitif aura ilə dolu anlar yaşadıq. Dinamik müzakirə əsnasında hər fikir bir qığılcım kimi parladı və bizi bir-birimizə daha da yaxınlaşdırdı. Gənclərin yüksək enerjisi və daxili motivasiyası görüşü daha yaddaqalan etdi. Görüş həyəcan dolu yaratdığı anlarla və komanda ruhu ilə gənclərin yaddaşında unudulmaz xatirələr buraxdı.