17.04.2026
Suraxanı Gəmi-Muzeyi
Gənclik elə bir yaşdır ki, insanın ürəyi arzularla dolub-daşır, üfüqlər sonsuz görünür, hər başlanğıc bir ümid və qanadlanan xəyaldır.

Sonsuz üfüqləri yaran gənclərin yolu bu dəfə ‘’Suraxanı Gəmi Muzeyinə’’-nə oldu. Ekskursiya müddətində gənclər Xəzər dənizində dünyanın ilk tanker muzeyi, Azərbaycanın zəngin dənizçilik tarixini əks etdirən eksponatlarla tanış oldular.

Səfər çərçivəsində onlar dənizçilik sahəsinin incəliklərini daha dərindən öyrənmək imkanı əldə ediblər.Gənclər gəmiçilik tarixinin keçdiyi yolları və muzeyə çevrilmə prosesinin canlı şahidi oldular.
