27.08.2024
YARAT Müasir İncəsənət Mərkəzi
"Yaşıl Dünya Naminə Həmrəylik İli" -nə həsr edilmiş, "Green Art Fest" incəsənət festivalı yekunlaşıb. YARAT Müasir İncəsənət Mərkəzində keçirilən, bu festival, təbiət və sənətin birləşdiyi unikal bir tədbir olaraq iştirakçılara öz yaradıcılıqlarını sərgiləmə imkanı təqdim edib.
İştirakçılar, təqdim olunan materiallardan istifadə edərək, gözəl sənət əsərləri yaradıb, bu proses onlara əyləncəli anlar yaşadıb və yaradıcılıq potensiallarını ortaya çıxarıb. Keçirilən vorkşoplar arasında eko art, ebru sənəti, dibçək boyama, eko çanta boyaması, dostluq qolbağı hazırlanması, quş yuvası hazırlanması və daş boyama kimi kreativ fəaliyyətlər yer alıb. "Green Art Fest" vasitəsilə iştirakçılar, həm sənət, həm də təbiət sahəsində yeni biliklər əldə ediblər, eyni zamanda bir-birləri ilə sosiallaşmaq imkanı əldə ediblər.