cavan logo

24.03.2026

Emalatxana

Yaradıcılıq sərhəd tanımır

1
Oxundu:7
İştirakçı sayı:14

Yaradıcılıq sərhəd tanımır. O, insanın daxilində pıçıltı səs kimi başlayır, səni yavaş-yavaş ruhlandırır, düşüncələrinə toxunur və baxışını dəyişir. Nəhayət, sözlə ifadə olunmayan duyğular yaradıcıllıqda öz hekayəsini danışır.

Gündəlik həyatın səs-küyündən uzaqlaşmaq, daxili sakitliyi tapmaq və yaradıcılığı azad buraxmaq istəyən gənclər ‘’Keramika’’ üzrə vörkşopda bir araya gəldi. Həm öyrədici, həm də yüksək enerji ilə baş tutan vörkşop zamanı iştirakçılar keramika sənətinin incəlikləri ilə yaxından tanış oldu və gildən öz unikal sənət əsərlərini yaratdılar.

Gənclər gündəlik qayğılardan uzaqlaşaraq öz daxili dünyalarına səyahət etməklə yanaşı, səmimi mühitdə yeni tanışlıqlar qurub, ideyalarını bölüşdülər. Qeyd edək ki, keçirilən vörkşop gənclər arasında böyük maraqla qarşılandı və özlərini ifadə etməyin yolunu kəşf etdilər.