cavan logo

22.05.2026

Bakı Bulvarı

Yenidən Gün Batımında ‘’SunSet Run’’ Baş Tutub

0
Oxundu:10
İştirakçı sayı:18

Bakı Bulvarında yenidən başlayan qaçış gənclərin enerjisi, ritmik addımları və motivasiyası ilə canlandı. CAVAN ‘’SunSet Run” layihəsi ilə gün batımında dinamik ruhlu idman sevərləri bir araya gətirdi. Möhtəşəm mənzərə-günəşin üfüqdə itməsi ilə baş tutan qaçış iştirakçılar üçün adi yürüşdən daha artıq mənaya çevrildi. Bulvar boyunca qaçan gənclər şəhərin səs-küyündən uzaqlaşaraq anı doya-doya yaşadılar.

Unudulmaz anlar yaşayan iştirakçıların pozitif enerjisi Bulvarın işıqları altında daha da güclənib. Qeyd edək ki, layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, aktiv sosial mühitin formalaşdırılması və fiziki aktivliyə marağın artırılması olub. Beləliklə, idman yalnız hərəkətlə bitmir, eyni zamanda insanları birləşdirən dinamik enerjidir. Qaçış Bayraq meydanında səmimi gülüşlər və bol enerjili xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb. Gün batımında başlayan bu enerji dolu qaçış gənclərin yaddaşında hələ uzun müddət canlı qalacaq.