Haqqımızda

Tanış olaq?
“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi 2017-ci ildə yaradılıb, əsas məqsədi Azərbaycan gəncliyini narahat edən məsələlərlə yaxından maraqlanaraq onların həlli istiqamətində dövlətimizin gördüyü işlərə dəstək olmaqdır

Azərbaycan əhalisinin əksəriyyəti gənclərdən ibarətdir. Gənclər ölkəmizin əsas qüvvəsi, onu gələcəyə aparan insanlardır. Birgə fəaliyyət Azərbaycan dövlətini və gəncləri daha da güclü edəcək! “Cavan” istəyir ki, onların həyatı daha maraqlı olsun. Gənclər oxumaq, əylənmək, idmanla məşğul olmaq, yeni dostlar qazanmaq, sevmək, sevilmək, yaxşı karyera qurmaq kimi təbii istəklərini Azərbaycanda reallaşdıra bilsinlər. “Cavan” əmindir ki, Azərbaycanda hər bir gəncin bunları etməyə haqqı və imkanı var. “Cavan”ın təklif etdiyi layihələr ölkə gəncliyini maraqlandıran bütün sahələri əhatə edir. “Cavan”ı izlə, layihələrimizə qoşul, özün layihə təklif et, bir yerdə çalışaq və məqsədlərimizə nail olaq!

Vətənpərvərlik

Əziz gənc, Cavan səni vətənpərvər görmək istəyir. Azərbaycanın inkişafı üçün durmadan çalış!

Könüllü hərəkatı

Sən Cavanda könüllü olmaqla komandamızın bir parçası olacaqsan. Tədbirlərdə könüllü olub təcrübə qazanacaqsan. Bu təcrübə sənin gələcək karyeranda hər zaman sənin köməyinə çatacaq. Biz səni Cavan könüllüsü olaraq görmək istəyirik!

Beynəlxalq tədbirlər

Sən Cavana üzv olmaqla beynəlxalq tədbirlərdə iştirak etmək şansı qazanacaqsan. Tədbirlərdə iştirak edib Azərbaycanın dünyada tanıdılmasında pay sahibi olacaqsan!

Sən hələ də "Cavan"a üzv deyilsən?

CAVAN OL