06 Feb
Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
6 fevral 2020-ci il tarixində
Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası
keçirilib.
İclasda Fond tərəfindən 2019-cu ildə görülmüş
işlər barədə yekun hesabat dinlənilmiş, 2020-ci il üzrə Fəaliyyət Planı,
həmçinin Könüllülük ili ərzində təşkil olunacaq tədbirlər və Gənclər təşkilatlarının
layihələrinin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi üçün mövzular
müzakirə olunaraq təsdiq olunmuşdur.
Həmçinin,
Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi
üzrə A və B kateqoriyaları üzrə 14-cü qrant müsabiqəsi elan edilmişdir. 10
fevral tarixindən 10 mart tarixinə qədər gənclər təşkilatları təsdiq edilmiş
mövzular üzrə layihələrini Gənclər Fonduna təqdim edə bilərlər.
Müşahidə Şurasının digər qərarına əsasən fiziki
şəxslərin layihələrinin maliyyələşdirilməsi istiqamətinə xüsusi yenilik tətbiq
edilmişdir. Belə ki, gənclər aktual mövzular üzrə layihələrini artıq il boyu
Gənclər Fonduna təqdim edə biləcəklər. Müşahidə Şurasının müvafiq qərarına
uyğun olaraq, müsabiqə mövzuları Gənclər Fondu tərəfindən gənclərlə aparılacaq
müzakirə və sorğular əsasında ən geci 15 gün ərzində müəyyən edilərək, dərc
olunacaqdır.
İclasda həmçinin Naxçıvan Gənclər Fondunun
icraçı direktoru Cəbi Quliyev tərəfindən 2 illik hesabat və növbəti il üzrə
nəzərdə tutulan fəaliyyət planının təqdimatı keçirilmişdir.
Baxış sayı: 7713